Növbəti qayda pozan sürücülər silsiləsi

  • 24.04.2021
  • 0

Bakıda növbəti qayda pozan sürücülərin videogörüntüləri PATRUL.AZ qaynar xəttinə göndərilib.

19 aprel, 19:23 radələrində hərəkətin sıx vaxtı Rusiya Federasiyasına məxsus #MO98XP, #99VX344, #90XC246, #10FF550, #99AB999 dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüləri 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxıb və axına qarşı hərəkət ediblər. Xatırladaq ki, belə qayda pozuntusuna görə həmin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsinə əsasən 4 bal və 100 manat cərimə gözləyir. 

23 aprel, 18:29 radələrində #10VX143, #99SA566, #90CM448, #90XF378 dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüləri isə avtobuslar üçün ayrılmış xüsusi zolaqda hərəkət ediblər. Həmin. Sürücüləri iş İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə 40 manat cərimə gözləyir.

Nə düşünürsən?