"Nişanlıma acıq vermək üçün bu sənətə gəlmişəm” - Pərvin

  • 11.06.2021
  • 0

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə gündəmə gəlib.

Unikal.org xəbər verir ki, Pərvin, BAKU TV-yə müsahibəsi zamanı şəxsi həyatı ilə bağlı gizli məqamlara toxunub. 16 yaşında nişanlanan aktrisa daha sonra ayrıldığını və bu sənətə nişanlısına acıq vermək üçün gəldiyini deyib:

“Uşaq vaxtı müğənni olmaq istəyirdim. Ama 16 yaşıma gəldim, artıq həvəsim olmadı. Çünki həmin vaxt nişanlandım. Daha sonra ayrılıq oldu.

Sırf onun acığına mən bu sənətə gəldim. Bir çox xoşagəlməyən hərəkətlərini görürdüm. Ona görə də o nəyi qadağan edir, nəyə icazə vermirdisə, onu elədim.

Yaxşı ki o insanla evlənmədim. Həmin vaxt uşaq idim. Ailəmin təkidi ilə razı olmuşdum. Onunla aramızda 8 yaş fərq var idi”.

Pərvin Abıyeva aldığı qonarardan da söz açıb:

“Elə film olur ki, ssenari çox xoşuma gəlir və o ekran işində çəkilmək üçün dəyərindən aşağı qonarara razılaşıram. Amma Azərbaycanda 20 min manatdan aşağı qonorar almaram”.
Aa

13:31
Yeni bildiriş
Zülfüeli Seferov adlı istifadəçinin SON XEBER qrupundakı paylaşımı təsdiqlənmə gözləyir: "???????? mekdebde kobra tapldi Yaralı var . SON XEBER".

Nə düşünürsən?