Nikol satqın axtarır: Torpaqları satdığım deyilir...

  • 08.10.2020
  • 0

Azərbaycan Ordusunun Qarabağda şanlı qələbələri və torpaqlarımızın addım-addım işğaldan azad edilməsi Erməni ictimaiyyətində çatları dərinləşdirməkdədir. Axar.az xəbər verir ki, artıq Ermənistanda Paşinyanın “torpaqları satdığı” iddiası da yayılmaqdadır. Bu barədə Nikol Paşinyan özü açıqlama yayıb. O bildirib ki, Ermənistandan Qarabağa gedən bir dəstə erməni əsgərlərinə Paşinyanın Qarabağı “satdığı”nı, gizli razılaşmaların mövcudluğunu və müqavimətin mənasız olduğunu bildirib. N.Paşinyan “bu xainlərə qarşı” artıq Milli Təhlükəsizlik Xidmətinin araşdırmalara başladığını qeyd edib. Xatırladaq ki, az öncə Paşinyan MTX rəhbəri Kərəmyanı vəzifəsindən kənarlaşdırıb.

Nə düşünürsən?