Nikol-Onik savaşı: TŞ iclasının səs yazısı yayıldı

  • 20.04.2021
  • 0

Ermənistan Təhlükəsizlik Şurası 30 sentyabrda keçirilən iclasda çıxış edən keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın səs yazısını yayıb.

Axar.az xəbər verir ki, səs yazısında Qasparyanın cəbhədə vəziyyətin nəzarət altında olduğu və ordunun qoyulan tapşırıqları icra etməsinə dair sözləri yer alıb. Qasparyanın çıxışında müharibənin dayandırılması sözləri yer almayıb.

Qeyd edək ki, noyabr ayında Onik Qasparyan müharibənin 4-cü günündə Paşinyana savaşı dayandırmağı təklif etdiyini bildirmişdi. Onun bu çıxışına 6 ay sonra əvvəlcə Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan, daha sonra isə Baş nazir Nikol Paşinyan reaksiya vermiş və belə təklifin olmadığını bildirmişdi.

Bundan sonra iclasın stenoqramı yayılmış, Qasparyan hökumətin stenoqramın mətnini saxtalaşdırdığını iddia etmiş və Paşinyanı təhqir etmişdi.

Nə düşünürsən?