Niderlandda yayımlanan proqram Gəncəviyə həsr olunub

  • 16.02.2021
  • 0

Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Hollandiya Azərbaycan–Türk Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Youtube" kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilmiş proqram yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi ilə bağlı Sərəncam verdiyini xatırladan onlayn proqramın aparıcısı, Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkının qonağı Almaniyada yaşayan yazıçı Orxan Aras olub.

Nizami Gəncəvinin qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaratdığı barədə ətraflı məlumat verən Orxan Aras bildirib ki, görkəmli şairin "Xəmsə"si dünya ədəbiyyatına ciddi təsir edib, böyük ədəbi məktəbin bünövrəsini qoyub. Bunu Məhəmməd Füzulinin, Cəlaləddin Rumi Mövlanənin, Əlişir Nəvainin, Sədi Şirazinin və digər klassik şair və mütəfəkkirlərin əsərlərindən hiss etmək olur. Onun üslubunun, parlaq xitabətinin Avropanın Dante, Şekspir, Höte və Şiller kimi dahi şairlərin üslubu ilə müqayisə olunduğu vurğulanıb.

Nə düşünürsən?