Nə düz xətt bilirlər, nə svetofor

  • 10.03.2021
  • 0


Patrul.az qaynar xəttinə növbəti kobud qayda pozan, təhlükə yaradan sürücülərin videogörüntüləri göndərilib.6 mart tarixində Cəfər Xəndan küçəsində 1.3 xəttinin tələbini pozan 10 VP 042 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün öz yolu ilə gedən avtomobili vurması an məsələsi olur. Xoşbəxtlikdən öz zolağı ilə gedən sürücü təhlükəni vaxtında hiss edir və qəzadan yayına bilir. 

9 mart, 23:50 radələrində, 20 yanvar dairəsində hərəkət edən 10 PH 909 və həmin gün 23:58 radələrində Zərdabi küçəsində hərəkət edən 10 JJ 197 dövlət qeydiyyat nişanlı avtomobillərin sürücülərinin isə svetoforun qırmızı işığında dayanmaq fikirləri olmayıb.

Nə düşünürsən?