Nazirlər Qarsdakı təlimləri birgə izlədi

  • 11.02.2021
  • 0

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başa çatıb Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar, Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov, Türkiyənin Baş Qərargah rəisi General Yaşar Gülər, Quru Qoşunları Komandanı General Ümit Dündar, Dəniz Qüvvələri Komandiri Admiral Adnan Özbal və Hava Qüvvələri Komandiri General Həsən Küçükakyüz ilə birlikdə “Qış təlimi-2021” təlimlərini izləyiblər. təlim haqqında məlumatlanan Hulusi Akar və Zakir Həsənov yeni nəsil bölmələri araşdırıblar. Təlimlərdə F-16 qırıcıları və zərbə PUA-ları müəyyən edilmiş hədəflərə dəqiqliklə zərbə endiriblər. Qarsda keçirilən “Qış təlimi-2021” təlimlərində çıxışı zamanı Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib: “Müharibə dövründə Türkiyə siyasətini nümayiş etdirdi və bizim yanımızda idi. Siyasi, mənəvi və diplomatik dəstəklərlə yanımızda oldu. Türkiyə bu duruşu ilə dünyaya bu mesajı verdi: Türkiyə Azərbaycanın yanındadır. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir”. Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxışı zamanı Türkiyə və Azərbaycanın qardaş ölkələr olduğunu bir daha vurğulayıb. Qeyd edib ki, 44 günlük müharibə bunun sadəcə sözdə yox, əməldə də olduğunu göstərdi. Qeyd edək ki, təlimlərə ümumilikdə 1 268 nəfər şəxsi heyət cəlb olunub, onlardan 66-sı azərbaycanlıdır. ***17:11 Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın və Türkiyə Silahlı Qüvvələrinin komandanlıq heyətinin iştirakı ilə Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib. Azərbaycan üdafiə Nazirliyindən REAL-a verilən məlumata görə, əvvəlcə iki qardaş ölkənin müdafiə nazirlərinə “Qış təlimi-2021” birgə təlimləri barədə raport verilib. Sonra nazirlər yeni nəsil texnika və avadanlıqla, eləcə də hərbi ambulanslarla tanış olub, sığınacaqlara baxış keçiriblər. ***16:03 Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qarsda keçirilən “Qış təlimi-2021” birgə təliminin yekun mərhələsini izləyib.

Nə düşünürsən?