Narkotik satan Bakı sakini saxlanılıb

  • 16.02.2021
  • 0

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri keçirib. 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Bəhruz Salmanov Binə qəsəbəsi ərazisində saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 5 kiloqram 18 qram marixuana aşkar edilib. 

Araşdırma zamanı müəyyən olunub ki, Bəhruz Salmanov narkotik vasitələri Binə qəsəbəsində yaşadığı evin həyətində əkib-becərərək onlara xüsusi qulluq edib.  Daha sonra o, çətənə kollarını həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə qurudub. 

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.