Müəllimlərin vaksinasiyası məsələsinə aydınlıq gətirildi

  • 22.01.2021
  • 0

“50 yaşdan yuxarı müəllimlərimizin vaksinasiya olunması vəziyyətə müsbət təsir edən amillərdən biri olacaq”. BAKU.WS xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, müəllimlərin vaksinasiya olunması vacib amillərdəndir: “Təbii ki, vaksinasiya könüllü keçirilir. Lakin burada sosial məsuliyyət tələbi, şayiə əsasında yox, elmi əsasda yanaşmalıyıq. Hazırda Təhsil Nazirliyi vaksinasiya olunacaq məktəblərin sayını hazırlayıb. Biz bu siyahıdan yoluxmuş şəxslərin sayını çıxırıq. Hazırda Bakı, Sumqayıt və Abşeron məktəblərində 16698 nəfər, bölgələr üzrə 32657 müəllim 50 yaşdan yuxarıdır. Onlar vaksinasiya oluna bilərlər. Biz onların peyvənd olunmasını ciddi şəkildə gözləyirik. Çünki onlar istər hospitalizasiya zamanı, istərsə də ölüm halı baxımdan ən riskli təbəqədir”.

Nə düşünürsən?