Mirkamil: "Qaz balonunu qoyub studiyanı partladacam"

  • 08.01.2021
  • 1.7K baxış
  • 0

Müğənni Afət Fərmanqızının Nəsimin qəzəlinə ifa etdiyi mahnı hələ də qalmaqala səbəb olmaqdadır. Bu dəfə mahnıya "Xalq uduzu"dan məşhurlaşan, xalq artisti Mələkxanım Əyubbovanın bacısı oğlu Mirkamil Kamilov fikir bildirib: "Salam, hər kəsi salmalayıram. Çox adam yenə baxıb güləcək ki, bunun başı gedib. Başımda problem yoxdu. Neçə vaxtdır Nəsiminin qəzəli ilə bağlı olan məsələyə aydınlıq getirmək istəyirəm. O mahnını kim aranjiman edib? Həmən aranjmançıya üzümü tutub deyirəm, mənim nömrəmi tap zəng elə mənə. Yoxsa qaz balonunu sənin studiyana qoyub partladacam. Ya tapırsan məni da ya da tapın görüm o mahnını kim aranjman edib? Oxuyana aid heç bir şey yoxdu burda, o idea müəllifi kimdirsə ona deyirəm ki, qaz balonun qoyub studionu dağıdacam"

Nə düşünürsən?