Mingəçevirli şəhid Elman Əliyevi yaxından tanıyaq

  • 28.12.2020
  • 0

???????????????????????? MAKSİMUM PAYLAŞAQ! Mingəçevirli şəhid Elman Əliyevi yaxından tanıyaq - PEŞƏKAR MUĞAM İFAÇISI VƏ İDMANÇI Əziz dostlar, dəyərli mingəçevirlilər! Sizə şəhərimizin daha bir cəsur, qorxmaz şəhidi ilə bağlı məlumat verəcəm. Əliyev Elman 44 günlük Vətən müharibəsində böyük şücaət göstərib, xeyli sayda düşmən texnikasını və erməni dığasını məhv edib. Gözəl muğam ifaçısı olan Elmanın istedadı bununla bitmirdi. O, həm də peşəkar idmançı idi. Şəhərimizin idman siması olan avarçəkmə üzrə keçirilən yarışlarda iştirak etmiş, müxtəlif medallarla təltif olunmuşdu. Elmanın ürəyi hər zaman vətən eşqi ilə döyünüb və bunu döyüş meydandında da sübut edir. Suqovuşan uğrunda gedən döyüşlərdə düşmənə qan udduran igidimiz ŞƏHİDLİK zirvəsinə ucalır. Elman Əliyev nəinki mingəçevirlilər, bütün Azərbaycan gəncliyi üçün örnəkdir. Səni heç bir zaman unutmayacağıq, İGİDİM! Allah rəhmət eləsin! #İgidlərimiziTanıdaq #ŞəhidlərimiziTanıdaq

Nə düşünürsən?