Meyxanaçı Rəşad Dağlı saxlanıldı

  • 20.04.2021
  • 0

Meyxanaçı Rəşad Dağlı polis tərəfindən saxlanılıb.

BAKU.WS Baku Tv-yə istinadən xəbər verir ki, dünən axşam saatlarında Quba rayon polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat keçirilib. Şəhərin Vaqif küçəsində yerləşən "Quba City" restoranında Rəşad Dağlı kimi tanınan meyxanaçı Əmirov Rəşad Vaqif oğlu saxlanılıb. Onun karantin qaydalarını pozaraq mərasimdə iştirak etdiyi müəyyənləşdirilib.

Onunla birlikdə məclisdə yer alan 82 nəfər cəzalandırılıb.

Nə düşünürsən?