Mətbuat və ictimai fəallar Ağdama səfər etdi

  • 14.03.2021
  • 0

Səfər işğaldan azad edilmiş rayonlarla birbaşa tanışlıq məqsədi daşıyıb

Yazılan tarix bir neçə ay əvvəl Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistan işğalçılarından azad edilməsi əməliyyatı ilə başladı.

Aktiv döyüş fazası ilə işğalçının gücünün Azərbaycanın gücü qarşısında tükənməsi ilə Ağdam öz sahibində təslim edildi.

İndi Azərbaycan bu torpqaları dirçəltmək, canlandırmaq işini həyata keçirir, həm də həyatımızda bu silinməz izləri media vasitəsilə yaymaq, Azərbaycanın dövlət olaraq necə böyük işə imza atdığını hər kəsə, dünyaya çatdırmaq işi var.

Bu işin daha müfəssəl təşkili üçün bir qrup media rəhbərləri və sosial media aktivistlərinin Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil edilib.

Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi heyət geniş tərkibli olub. KİV nümayəndələri minatəmizləmə əməliyyatı, dağıdılmış abidələr və qəbirlərlə tanış olub, tanışlıq isə müxtəlif təəssüratlar yaradırdı.

Məscidlər, türbələr vıə ziyarətgahlarla tanışlıq zamanı hisslər fərqli idi.

Qarabağın azadlığı üçün üçün yaradılan bu təşkilatın duaları və salavatı müqəddəs missiyanın başa çatması ilə pak olduğunu göstərdi.

Daha sonra Ağdam məscidi. ADA Universitetinin müəllimi Şəfəq xanımın məscidə gətirdiyi Quran vardı.

Bayaq dediyim fərqli hissələr məsələsi Ağdam Dram Teatrının yanında da oldu. CBC Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədovanı gördük. O, Ağdamda doğulub, onun uşaqlığı Ağdamda keçib. Novruz bayramı zamanı o buralarda ailəsi ilə birlikdə gəzməyə çıxırmış, indi bura işğaldan sonra səməni və gül dəstələri gətirib. Bu onun üçün bəlkədə ən yaxşı Novruz bayramı olacaq. Qəhərlənmişdi danışa bilmədi.

Daha sonra yol Azərbaycanın ərazi bütövlüyü yolunda canından keçmiş şəhidlərimizin dəfn olunduğu məkana istiqamətlənirdi.

Azərbaycanın tarixi qələbə yürüşünü fəxrlə seyr edən tarixən yürüş və qələbələrin şahidi olan XVIII əsrin Şahbulaq qalası .

Nə düşünürsən?