Mətbuat katibi jurnalisti təhqir etdi: Sən nə axmaq adamsan

  • 24.01.2021
  • 0

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) mətbuat katibi Anar Cəbrayıllı ona zəng edən jurnalisti ağır sözlərlə təhqir edib. Oxu24.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə səs yazısı yayılıb. Su axıntısı ilə bağlı mətbuat katibinə zəng edən jurnalist gözlənilmədən ağır təhqirə məruz qalıb. Anar Cəbrayıllı: “Ay sənin kişiliyinə tüpürüm, sənin üzünə tüpürüm, sizin kimi jurnalistləri “dama soxmaq” lazımdır. Siz nə qədər həyasız-abırsız adamlarsınız, hər şeydən ötrü Qorxmaz müəllimi niyə narahat edirsiniz” cümlələri ilə ona zəbg edən jurnalisti hədələyib. Sözügedən videonu təqdim edirik: