Məşhur azərbaycanlı yazıçı COVİD-19-un qurbanı oldu

  • 21.03.2021
  • 0

Yazıçı Azər Abdulla COVID-19-dan vəfat edib.

Bu barədə "Report"a açıqlamasında onun oğlu, yazıçı Alpay Azər məlumat verib.

O bildirib ki, atası ötən gün vəfat edib: "Xəstəliyi ağır keçirirdi. 20 günə yaxın xəstəxanada müalicə aldı, amma onu itirdik".

Yazıçı özünün vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

Qeyd edək ki, mart ayının əvvəli ata-oğul hər ikisi koronavirusa yoluxmuşdu. A.Abdulla vəziyyəti ağır olduğu üçün Yeni Klinikaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.

Allah rəhmət eləsin!

Nə düşünürsən?