Mənzurəyə efirdə elçi gələn kişi: “Yox desə, qaçırdacam”

  • 13.04.2021
  • 0

Müğənni Mənzurə Musayeva “Heç vaxt heç yerdə” verilişinin qonağı olub.

Hokm.az xəbər verir ki, efirdə Rasim adlı bir bəy ifaçıya elçi düşüb. O, bildirib ki, fikri ciddidir:

“Həyat yoldaşım dünyasını dəyişib. Üç övladım var. Qızım ərə getdi. İndi balaca oğlumla qalıram. Övladlarım da Mənzurə xanımı qəbul edir. Balalarımın canı, Allaha and olsun fikrimdə ciddiyəm. Mənə nə olub ki? Məndən artıq oğlana ərə gedəcək? Mənzurə xanım istəsə bizim, ya da onun evində qala bilərik. Fərqi yoxdur. Bəlkə sabah Mənzurə xanımla verilişdən sonra bir çay içək, bir-birimizi yaxından tanıyaq. İstərdim ki, o, mənim həyat yoldaşım olsun. Razı olmasa, qaçırdacam”.

Nə düşünürsən?