Mehriban Əliyeva Şuşadan yeni görüntülər paylaşdı

  • 16.03.2021
  • 0

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb.

Sfera.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz bacılar və qardaşlar!

Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,
 
Sizin MEHRİBAN"

Nə düşünürsən?