Mayın 5-dən sonrakı hava ilə bağlı xəbərdarlıq!

  • 04.05.2021
  • 0

May ayının 5-dən başlayaraq 6-sı axşamadək bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bu barədə REAL-a Baş Hidroloq Asif Verdiyev məlumat verib.

"Ayrı-ayrı yerlərdə intensiv, əsasən şimal və qərb rayonlarında yağıntının güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var", - deyə Baş Hidroloq bildirib.

Nə düşünürsən?