Masazırda "necə gəldi" sürənlər

  • 03.11.2020
  • 39 baxış
  • 0

İzləyicimiz patrul.az qaynar xəttinə videogörüntülər göndərib və bildirir ki, Masazır qəsəbəsində, xüsusən qəsəbənin əsas yolu olan Əliağa Vahid küçəsində avtomobil idarə etmək mümkünsüz vəziyyətə çatıb. Qayda pozanlara nəzarət olunmaması, yetəri qədər tədbir görülməməsi isə intizamsız sürücülərə sanki qayda pozmaq üçün əlavə şərait yaradır. 30 oktyabr, 14:40 radələrində əks yola çıxan 90 PN 026 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sanki ölüb-öldürmək üçün yola çıxıb. 31 oktyabr 13:28 radələrində ara küçədən əsas yola çıxan 90 XG 987 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü elə yola çıxır ki, sanki əsas yoldan gələn avtomobillərin ona yol vermək borcu var. 31 oktyabr 13:37 radələrində Qaçaq Nəbi küçəsindən Əliağa Vahid küçəsinə çıxan 50 BD 682 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü həmin yolda olan 3.1 (giriş qadağandır) nişanı ümumiyyətlə narahat etmir. Birtərəfli yola əks gedən bu sürücünün sanki öz qanunları var. 13:39 radələrində yolun kənarında hərəkət başlayan 01 BS 525 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü isə avtomobildə dönmə işığının olmasını sanki unudub. Arxadan avtomobilin gəlib-gəlməməsi isə ümumiyyətlə ona maraqlı deyil. Lap diqqətsizlik səbəbindən bu qəzanı edibsə belə üzr istəməyi isə görünür özünə yaraşdırmır. Hələ bunlar qısa zaman kəsiyində bir avtobilin görüntüsünə düşənlərdir. İndi təsəvvür edin orada real vəziyyət necədir?

Nə düşünürsən?