Mariya Zaxarovadan vacib açıqlama

  • 14.04.2021
  • 0

Rusiyadan Türkiyəyə aviareyslərin dayandırılmasında hansısa siyasi məqamlar axtarmaq əsassızdır.

Bunu REAL TV-nin Rusiya bürosunun sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Türkiyə ilə münasibətlərimiz bir çox istiqamətlərdə inkişaf edir. Bu tək Turizim sahəsində deyil, həm də siyasi, strateji, energetika sahələrindəki tərəfdaşlıqdır. Reqional və beynəlxalq böhranlar həqiqətən iki ölkənin münasibətlərinin dinamik inkişafını özündə əks etdirir. Türkiyətə aviareyslərin dayandırılmasında hər hansı bir siyasi motiv axtarmaq cəhdləri əsassızdır. Biz 6 ay ərzində bütün mətbuat konfranslarında bildirmişik ki, rusiya vətəndaşlarının xarici ölkələrə gedişi xüsusi risk daşıyır. hər kəsi xəbərdar etmişik ki, yalnız vacib hallarda ölkəni tərk etsinlər. Və bu çür səyahətlərin nəticələrini də hesablasınlar. Bu isə dünyada baş verən epidemioloji durumla əlaqəlidir".

Nə düşünürsən?