"Mardan Palace"in stadionuna alıcı çıxmadı

  • 07.11.2017
  • 0

Dəyəri 1,4 milyard dollar olan "Mardan Palace" Hoteli 51 milyon lirə borc səbəbindən satışa çıxarılsa da obyekti alan yoxdur. Oxu.Az xəbər verir ki, bu gün keçirilən hərraca stadion və idman kompleksi çıxarılıb. Tender komissiyasının verdiyi şərhə əsasən, stadionun başlanğıc satış qiyməti 3 milyon 750 min lirə, idman kompleksinin isə 3 milyon 825 min lirə təşkil edib. Ancaq hər iki tenderə pul yatırılmayıb. Bu səbəbdən hərrac noyabr ayının 14-nə təxirə salınıb. Qeyd edək ki, idman kompleksində 4 tribunalı stadion, tək tribunalı bir futbol meydanı və 2 məşq meydanı yerləşir. Xatırladaq ki, borc səbəbindən cari ilin avqust ayında hotelin elektrik enerjisi və su təminatı dayandırılıb. Eləcə də rezavrasiyalar ləğv edilib. “AST 1989 Group”a məxsus olan “Mardan Palace” otelinin ümumi sahəsi 180 min kvadrat metrdi. Otelin inşası zamanı 10 min kvadrat metrlik qızıl və 500 min kristaldan istifadə olunub.

Nə düşünürsən?