Lukaşenkonun Azərbaycana səfəri başladı

  • 13.04.2021
  • 0

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib.

APA TV xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Belarus Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.

Nə düşünürsən?