Lerikdə nə baş verir?

  • 16.04.2021
  • 0

Lerik rayonu Peştətük sakinləri ilə Cənub TİM MMC arasında baş verən proseslər bir neçə gündür ki, ölkədə müzakirə olunur. Səbəb isə sözügedən sahibkarın yaşadığı problemdir.

BAXAR.AZ bir neçə gün öncə Lerik rayonunun Peştətük kəndində olub, orada kənd sakinlərini dinləyib və reportaj hazırlayıb. Sakinlər pay torpaqlarının Cənub TİM MMC tərəfindən zəbt olunduqlarını deyirlər. Lakin Peştətük kəndi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Fondunun ərazisində yerləşir. Qanunvericiliyə görə, meşə ərazisi pay torpağı kimi istifadə oluna bilməz, həmçinin, sahibkarlıq məqsədilə.

BAXAR.AZ KİV haqqında qanunvericiliyə görə, Cənub TİM MMC-nin rəhbəri Zərnitac İsmayılova ilə əlaqə saxlayıb, suallarına cavab alıb.
Kənd sakinləri deyir ki, siz Allahşükür Paşazadənin qohumusunuz və o sizə insanların torpaqlarını zəbt etməyiniz üçün şərait yaradır. Nə dərəcədə doğrudur?

"Xeyr, yalan məlumatdır. Mən adını çəkdiyiniz şəxsi ancaq kütləvi informasiya vasitələrində görmüşəm. Qətiyyən heç bir bağlılığım yoxdur. Bir məsələni də qeyd edim ki, Lerik camaatı məni yaxşı tanıyır. Necə insan olduğumi bilirlər, həmişə halallıqla iş görmüşəm. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum dövrdə heç bir kəsə rüşvət də verməmişəm. Bu gün kimlərsə mənim rüşvət verərək fəaliyyət göstərdiyimi deyirlər, amma yalandır. Mən yenə kənd sakinlərinə müraciət edirəm, icra başçısına inanmayın, mən kiminsə yolunu kəsən, zəbt edən deyiləm. Həmişə dövlətimə, xalqıma xidmət eləmişəm, bundan sonra da edəcəm."
Son dönəmlərdə Lerikin Peştətük kəndində vəziyyət qarışıqdır. Səbəb Cənub TİM MMC  ətrafında baş verən proseslərdir. Cənub TİM MMC ətrafında baş verən bu proseslərə səbəb nədir?

"Proseslərin qarışıq olmasında günahkar Lerik Rayon İcra Hakimiyyəti və onun başçısıdır. Mən illərdir Cənub TİM MMC-ni idarə edirəm. Həmişə qanuna, qanunvericiliyinə riayət etmişəm. Həmin kəndin bir neçəsi də mənim işçim olub. Rayonun icra başçısı həmin ərazini mənim əlimdən qanunazidd olaraq almaq istəyir. Bunun üçün də kənd camaatını mənim üzərimə qaldırıb. Pay torpaqlarına girişin mənim tərəfimdən bağlanıldığını deyirlər. O torpaqlara 2 yol var, 3-cü yolu da verməyə hazıram."

 

Nə düşünürsən?