Lavrov BƏYAN ETDİ: Bakının razılığı olmadan...

  • 08.06.2021
  • 0

İyunun 7-də Rusiya xarici işlər naziri Sergey Lavrovla Fransa və Almaniya XİN rəhbərləri Jan iv Lö Drian və Hayko Maas arasında telefon danışığı baş tutub.

OXU24.COM  xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Nazirlər Ermənistan-Azərbaycan sərhədi və Qarabağdakı vəziyyət, həmçinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı atəşkəs rejiminə ciddi riayət olunması, eləcə də ortaya çıxan fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin vacibliyi vurğulanıb. Nazirlər ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan arasında danışıqlar prosesindəki rolunu təsdiqləyiblər.

Rusiya tərəfindən qeyd olunub ki, beynəlxalq təşkilatların prosesə qoşulması yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür.

Nə düşünürsən?