Laçın dəhlizindən son video

  • 19.11.2020
  • 0

Rus sülhməramlıları Laçın dəhlizindəki keçid məntəqələrində bütün avtomobillərə baxış keçirir. Teleqraf.com xəbər verir ki, yolun açılması sayəsində mülki insanlar öz nəqliyyatlarından istifadə edə, ərzaq və mal daşıya bilirlər. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti qeyd edib ki, dəhlizdən keçən mülki avtomobillərin hamısı yoxlanılır. Hərbi polis avtomobillərdə silah və partlayıcı maddənin olub-olmadığına xüsusi diqqət yetirir. Həmçinin sülhməramlılar Laçın dəhlizindən Xankəndinə gedən yolda patrul xidməti həyata keçirərək təhlükəsizliyi təmin edirlər.