Kürdəmirdə dəhşət:3 nəfər öldü

  • 13.11.2020
  • 0

Kürdəmir rayonunda yol qəzası baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər - Ağdam rayon sakinləri - 53 yaşlı Rabil Rəhbər oğlu İsmayılov, 67 yaşlı Ayulduz Qubat qızı Hümbətova və Zərdab rayon sakini, 53 yaşlı Zemfira Cümşüd qızı Mehdiyeva ölüb, 1 nəfər - Ağdam rayon sakini, 65 yaşlı İbrahim Qubat oğlu Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.