Koronavirusun dərmanı tapıldı - Şok açıqlama

  • 28.03.2020
  • 0

Rusiya bütün dünyaya koronavirusun dərmanını tapdığı bəyan etdi.

SONXEBER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Federal Bio Tibbi Agentliyi bütün dünyada pandemiya kimi qəbul olunan koronavirusu (COVİD19) müalicə edəcək dərmanı tapdığını bildirib. Bu, malyariyaya qarşı istifadə olunan "Mefloxin" dərmanıdır.

Məlumatda istehsal edilən dərmanın ağciyərdə virusu tamamilə məhv edəcəyi bildirilir.

Dərmanın xəstələr üzərində nə zaman istifadə olunacağı və bazara çıxacağı barədə məlumat verilməyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 615 min nəfərə yaxındır, 28 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Nə düşünürsən?