Kommunal qurumlar fəaliyyəti gücləndirdi

  • 17.02.2021
  • 0

Hava şəraitinə görə "Azəriqaz" və "Azərişıq" xüsusi rejimə keçib
Ölkə ərazisində havanın soyuması, qar və külək səbəbindən kommunal qurumlar gücləndirilmiş rejimə keçib.

"Azəriqaz" İstehsalat Birliyinin məlumatına görə, birlik xüsusilə qazın bərabər paylanması və təzyiqlə bağlı məsələləri nəzarətdə saxlayır.

"Azərişıq" da növbətçilik rejiminə keçib. Ərazilərə əlavə mal-materiallar göndərilib.

Ölkə ərazisində qarlı hava şəraitinin fevralın 19-u gündüz saatlarınadək davam edəcəyi gözlənilir. Sabah sulu qar, qar yağacağı, əsasən, dağlıq və dağətəyi rayonlarda yağıntıların güclü və intensiv olacağı proqnozalşdırılır.

REAL

Nə düşünürsən?