Kiyev polisi Saakaşvilini saxladı

  • 05.12.2017
  • 8.5K baxış
  • 0

Kiyevdə hüquq-mühafizə orqanları Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilini yaşadığı binanın damında saxlayıb. Trend-in məlumatına görə, bu barədə M.Saakaşvilinin tərəfdaşları bildirib. Qeyd edək ki, bir müddət əvvəl polis Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib.

Nə düşünürsən?