Kitab mağazasından oğurluq oldu

  • 16.02.2021
  • 0

Qarət fakti ilə bağlı polis araşdırma aparır
“Əli və Nino” kitab mağazasında oğurluq hadisəsi baş verib.

REAL xəbər verir ki, bu barədə mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, hadisə fevralın 15-də axşam saat 21:12-də Zeynalabdin Tağıyev küçəsi 19 ünvanında (Fəvvarələr meydanı) yerləşən filialında baş verib. N. Köçərlinin sözlərinə görə, soyğunçular 3 nəfər olub və onlardan biri satıcıların başını qatıb, digər iki nəfər isə arxa otağa keçərək işçilərin ciblərini soyub,

“Dükanın mobil telefonunu və əllərinə keçən nə varsa götürüblər. Bu barədə artıq 102 nömrə ilə polisə məlumat vermişik. Dostlar, əgər bu videodakı şəxslər sizə tanış gəlirsə, yaxud onları bugün görən olubsa, xahiş edirik bizə kömək edin, polisə məlumat verin. Təəsüf edirik ki, bu ağır günlərdə Bakının ən mərkəzində oğurların hücumuna məruz qaldıq", - deyə Nigar Köçərli bildirib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Hazırda sözügedən faktla bağlı araşdırmalar davam edir.

Nə düşünürsən?