Kişilərdə erkən boşalmanın səbəbi BU İMİŞ!

  • 25.04.2021
  • 0

Erkən boşalmanın hansı səbəbləri var?

Oxu24.com xəbər  verir  ki, Erkən boşalma səbəblərini aydınlaşdırmaq olduqca vacibdir, əgər onu müalicə etmək istəyirsinizsə. Çünki, erkən tez qurtarmaq cinsi disfunksiyalar arasında ən çox rast gəlinənidir. Əsasən gənc yaşlarda müşahidə olunur. Cinsi zəiflik zamanı olduğu kimi, kişinin özünə güvən hissini azaldır. Həyat keyfiyyətinə mənfi təsir göstərir.

Erkən boşalmanın bir neçə səbəbi ola bilər. Bunlardan daha çox rast gəlinəni aşağıdakılardır.
Cinsi orqan başının sinir həssaslığının yüksəlməsi ilə əlaqədar olan erkən boşalma
Prostat vəzi və toxum kisəciklərinin iltihabı ilə əlaqədar olan erkən boşalma
Psixoloji gərginliklə əlaqədar olan erkən boşalma
Qarışıq forma erkən boşalma. Erkən boşalmanın qarışıq forması dedikdə yuxarıda sadalanan səbəblərdən ikisinin yaxud hər üçünün eyni vaxtda rast gəlinmasi halı başa düşülür.

Lidokain sınağı – erkən boşalmanın səbəbləri.

Lidokain sınağı – erkən eyakulyasiyanın ( boşalmanın ) cinsi orqan başında sinir həssaslığının yüksəlməsi ilə nə dərəcədə əlaqəli olmasını müəyyənləşdirən bir sınaqdır. Lidokain sınağı zamanı cinsi əlaqə müddətinin uzanması sınağın müsbət olmasını ğöstərir. Bu isə o deməkdir ki, erkən boşalmanın səbəbi cinsi orqan başının sinir həssaslığının çox yüksək olmasıdır. Əgər sınaq zamanı cinsi əlaqə müddəti uzanmırsa, deməli erkən boşalmanın səbəbi cinsi orqan başının sinir həssaslığının yüksəlməsi deyil. Sınaq 2 həftə ərzində hər dəfə cinsi əlaqədə olduqda yoxlanmalıdır. ( Erkən boşalmanın səbəbləri )

 

Lidokain sınağı necə aparılır?

Erkən boşalmanın bir neçə səbəbi ola bilər. Bunlardan daha çox rast gəlinəni aşağıdakılardır.

Sınağın nəticələrini necə qiymətləndirməli ? – erkən boşalmanın səbəbləri                                                            
1 . Əgər lidokain sınağından sonra cinsi əlaqənin davametmə müddəti nəzərəçarpacaq dərəcədə ( bir neçə dəfə ) uzanırsa sınağın nəticəsi müsbət hesab olunur. Belə nəticəyə gəlinir ki, cinsi əlaqənin çox erkən bitməsinə səbəb cinsi orqanın başının həssaslığının yüksəlməsidir. Amma digər səbəblər də araşdırılmalıdır. Çünki, bir neçə səbəb yanaşı ola bilər.

2 . Ola bilər ki, lidokain sınağından sonra cinsi əlaqənin davametmə müddəti nisbətən uzanır. Lakin bu nəzərə çarpacaq dərəcədə deyildir. Deməli cinsi orqanın başında həssaslığın yüksəlməsi  erkən boşalmanın səbəblərdən biri hesab oluna bilər. Amma bu yeganə səbəb deyildir və digər səbəb ola biləcək faktorlar axtarılıb tapılmalıdır. ( Erkən boşalmanın səbəbləri )

3 . Əgər lidokain sınağından sonra cinsi əlaqənin davametmə müddəti uzanmırsa nə etməli ? Belə nəticəyə gəlinir ki, erkən eyakulyasiya ( tez qurtarma ) cinsi orqan başının sinir həssaslığının yüksəlməsi ilə əlaqədar deyil.

Lidokain sınağı orqanizm üçün zərərsizdir və uzun müddət istifadə oluna bilər. Lidokain sınağı müsbət olduqda əksəriyyət pasientlər cinsi əlaqədən məmnun qaldığı üçün, bu sınağı həmişə etmək olarmı, yaxud nə qədər müddət bunu edə bilərəm kimi sual verirlər. Düzdür, lidokain sınağı adından göründüyü kimi bir sınaqdır. Həmçinin də simptomatik bir müalicədir. Yəni pasient nə vaxt istəyirsə ( cinsi əlaqə ərəfəsində ) onu edə bilər. Əlbəttə nəzərə alsaq ki, kişi hər dəfə cinsi əlaqədən əvvəl onu eləmək məcburiyyətində qalacaq, bu isə kişi üçün çox böyük diskomfortdur. Həmçinin də cinsi əlaqədən utanma yaxud çəkinmə yaranacaq. Nəticədə isə kişidə erkən boşalmanın başqa bir forması ( psixogen erkən boşalma ) yarana bilər. Həmçinin partnyorların cinsi əlaqədən həzz almaması ilə nəticələnəcək.

Cinsi orqan başının denervasiyası nədir ? Nə zaman aparılır bu əməliyyat ?
Erkən boşalmanın kökündən həlli isə başqadır. Əlbəttə ki, əgər erkən boşalma cinsi orqan başının yüksək həssaslığı ilə əlaqədardırsa. Bunun üçün pasientə kiçik bir mikrocərrahi əməliyyat məsləhət görülür. Əməliyyatın adı ağır olduğu üçün bir sıra pasientlərin imtina etməsinə səbəb olur. Onu dərk etmək lazımdır ki, siz ömür boyu erkən boşalmaya məhkum deyilsiniz, müasir təbabətin imkanları qarşısında 15 – 20 dəqiqəlik kiçik bir mikrocərrahi əməliyyatla erkən boşalma sizdən uzaqlaşır. Müasir dünyada erkən boşalmanın cinsi orqan başının sinir həssaslığının yüksəlməsi ilə əlaqədar olduğu bütün hallarda cinsi orqan başının mikrocərrahi denervasiyası əməliyyatı aparılır.

Sınağın aparılma şərtlərindən göründüyü kimi çox sadədir və ev şəraitində aparıla bilər. Sınaq protokolunda keyidici maddə kimi lidokain götürülür. Çünki, lidokain güclü keyidici maddədir, lakin digər keyidici ( anestetik ) maddə də ola bilər.