"Kəşfiyyata gedəndə çalışırdım ki, bir erməni ilə qayıdım"

  • 01.12.2020
  • 0

"Hər dəfə kəşfiyyata gedəndə çalışırdım ki, bir erməni ilə qayıdım". Xezerxeber.az xəbər verir ki, bunu Qarabağ qazisi Camal Hüseynov deyib. Qarabağ müharibəsi zamanı kəşfiyyatçı olmuş C.Hüseynov Xəzər TV-nin "Vaxtı Gəldi!" verilişinin qonağı olub. Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş C.Hüseynov deyib ki, ölümdən də qorxmurdu: "Minaların üzərindən keçirdik. Düzür, təhlükəli idi, amma bizim işimiz buyuydu. Kəşfiyyata getdiyim zaman elə olub ki, risk edib Araz çayının yox, gölməçələrin suyundan içmişəm. Dodaqlarım qan bağlayırdı. Əllərimin üstü qan idi. Gecələr işləyir, gündüzlər kol-kosda yatırdıq".

Nə düşünürsən?