Kəlbəcərdəki yataqların sayı və ehtiyatların həcmi açıqlanıb

  • 28.11.2020
  • 0

Kəlbəcərdə 1993-cü ilə qədər 34 yataq kəşf edilib. Bunlar filiz, qeyri-filiz, termal sular, tikinti materialları yataqlarıdır və dövlət balansındadır. Xezerxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Xəzər TV-nin "Birinci Studiya" verilişinin qonağı olan Ə.Əliyev deyib ki, Kəlbəcər rayonu ərazisində 8 filiz, 7 mineral termal su yatağı, 19 qeyri-filiz və tikinti matarialları yatağı mövcuddur. Ə.Əliyev deyib ki, Kəlbəcər rayonu ərazisində hesablanmış 143 ton qızıl, 248 ton gümüş, 57 min ton mis, 266 ton selen, 274 min ton kükürd və s. böyük həcmdə ehtiyat var. Onun sözlərinə görə, böyük qayıdışın birinci mərhələsində Kəlbəcərdəki filiz yataqları bu rayonun tikinti-quruculuq işlərində istifadə ediləcək.

Nə düşünürsən?