Kəlbəcər rayonuna aid məktəblərdə nəzarət gücləndirilib

  • 19.03.2021
  • 7 baxış
  • 0

Koronavirus pandemiyası ilə bağlı Respublikanın bütün orta məktəblərində olduğu kimi Kəlbəcər rayon Təhsil Şöbəsində də nəzarət gücləndirilib. Buna səbəb son günlər ölkənin müxtəlif rayonlarının tədris müəssisələrində sözügedən virusun aşkar edilməsidir.

Belə ki, tədris müəssisələrində şagirdlərin, o cümlədən müəllimlərin hərarəti ölçülür, pedaqoqlar şəffaf sipərlərdən istifadə edir. Həmçinin valideynlər məktəbə buraxılmır. TƏBİB-in tələblərinə tam nəzarət olunur.

Qeyd edək ki, bu gün ölkənin müxtəlif rayonlarında Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeliyində 109 məktəb var.

Nə düşünürsən?