Jurnalistlər Füzuli-Hadrut yolunda görülən işlərlə tanış olub

  • 17.03.2021
  • 0

İşğaldan azad olunmuş ərazilərə media-tur təşkil olunub.

APA TV-nin məlumatına görə, jurnalistlər martın 15-də Prezident İlham Əliyevin təməlini qoyduğu Füzuli-Hadrut yolunda görülən işlərlə tanış olublar.

Bildirilib ki, uzunluğu 13 km olacaq yolun inşasına artıq başlanılıb.

Ərazidə böyük yol qovşağı inşa ediləcək və yeni salınan yol Füzulinin 20-yə yaxın kəndi ilə yanaşı, Hadrut qəsəbəsini və Cəbrayıl rayonunu birləşdirəcək. 

Nə düşünürsən?