İsrailli jurnalistlər azad olunan torpaqlara getdi

  • 21.04.2021
  • 0

Yolumuz Bakıdan 358 km uzaqlıqda yerləşən Ağdamadır. Mənim Ağdam haqqındakı təsəvvürüm oxuduqlarımla məhdudlaşırdı. Bu dəfə isə sizə oxuduqlarm, eşitdiklərim və gördüklərimdən danışacam.

Müqəddəs ayda İsrail oğulları, daha dəqiqi İsrailli həmkarlarımla birgə azad torpağımıza ayaq basdıq.

Yol ilə gedərkən kəndlər bir-birini əvəz edir, adlar dəyişir, dəyişməyən isə erməni vəhşiliyinin izləri, minalanmış ərazilər və lalələrin döşəndiyi yollardı.

İlk dayanacaq yerimiz Qiyasılı məscidi oldu. XVIII əsrdə inşa olunan abidəni ermənilər işğal müddətində demək olar ki, dağıdıblar. Müqəddəs ibadətgahımızı heyvanların saxlanıldığı yerə çeviriblər.

Elə İsrailli jurnalistləri də gördükləri mənzərə dəhşətə gətirdi.

Nə düşünürsən?