İsrail səfiri Azərbaycan xalqını təbrik etdi

  • 21.03.2021
  • 0

İsrailin Azərbaycandakı səfiri Corc Dik Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

REAL xəbər verir ki, səfir bu barədə Tvitter hesabından video paylaşıb.

“Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz bayramınız mübarək”, - deyə o qeyd edib.

Səfirliyin rəsmi Tvitter səhifəsindən də paylaşılan videoda C. Dikin Novruz tonqalı yandırması və yumurta döyüşdürməsi əks olunub.

Nə düşünürsən?