İsrail Qarabağın qurulmasında Azərbaycana kömək edəcək

  • 22.04.2021
  • 0

Tezliklə hökumətlərarası komissiya Azərbaycan və İsrail arasında əməkdaşlıq barədə müzakirə aparacaq.

Oxu24.com  xəbər  verir  ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

“Azərbaycan tərəfindən komissiyaya İqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edəcək. İsrail tərəfindən isə Xarici İşlər naziri Qabi Aşkenazinin rəhbərlik etdiyi komissiya təşrif buyuracaq. İnanıram ki, artıq meqa layihəyə fokuslanmağın vaxtıdır.

Biz azad edilən ərazilərdə aparılan yenidənqurma işlərində Azərbaycanın yanında olmaq istəyirik. Tikinti, ağıllı kəndlər, yaşıl enerji, kənd təsərrüfatı və su təhlükəsizliyi ilə bağlı İsrailin böyük təcrübəsi var. Bu səbəbdən həmin ərazilərdəki yenidənqurma işlərində birgə çalışa bilərik”, - o bildirib.