İslam dünyası Trampa qarşı birləşdi

  • 05.12.2017
  • 0

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar. APA TV-nin məlumatına görə, bu barədə "Associated Press" yazıb. İƏT-dən bildiriblər ki, qurumun üzvü olan 57 dövlət səfirliyini Tel-Əvivdən Qüdsə köçürən ölkə ilə əlaqələri tam kəsəcək. "Bu addım bütün ərəb ölkələri və müsəlman dünyasına qarşı açıq təcavüz kimi qiymətləndiriləcək" - deyə, təşkilatın yaydığı açıqlamada bildirilib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, ABŞ-ın bu qərarı gərginlik və qarşıdurmalara səbəb olacaq: "ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəməsi ciddi narahatlıq doğurur". Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat veriləcəyi gözlənilirdi. Lakin son məlumata görə, D.Tramp bu qərarını təxirə salıb.

Nə düşünürsən?