“İsgəndər” raketi “Barak-8”lə vurulma anı

  • 13.04.2021
  • 0

Sosial şəbəkələrdə, Azərbaycan hərbçilərinin telegram-qruplarından birində 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın atdığı “İsgəndər” raketinin ordumuzun silahlanmasında yer alan, İsrail istehsalı “Barak-8” zenit-raket kompleksi ilə vurulmasına aid olduğu bildirilən görüntülər yayılıb.

Ucnoqta.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu görüntülərin yayılması Şuşa ətrafında “İsgəndər-M” raketinin qalıqlarının aşkar edilməsi məsələsinə görə Azərbaycanın Rusiya tərəfindən izahat istədiyi bir vaxta təsadüf edir.

Nə düşünürsən?