İşğaldan qurtulan daha bir kənd

  • 23.02.2021
  • 0

İllərlə düşmənlə üz-üzə dayanan kəndin qalib günləri
Bura Ağdamın Çıraqlı kəndidir. Bir vaxtlar adını daha çox Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozduğu kəndlər sırasında eşidirdik. Çıraqlılar keçmiş təmas xəttinə ən yaxın kənddə yaşadıqları üçün hər günlərini güllə səsləri ilə keçirir, nə lazımınca toy-bayram edə, nə yas keçirə, nə rəhmətə gedənlərinin məzarını ziyarət edə, nə də əkin-biçinlə məşğul ola bilirdilər.

Düşmənin mövqeyi ilə Çıraqlı kəndi arasında cəmi 100-150 metr məsafə olduğundan hər kəs hədəfdə olduğunu bilirdi. Ən acınacaqlısı isə düşmənin onları elə öz torpaqlarımızdan Çıraqlıya qonşu Ağdamın Baş Qərvənd, Bayramlar, Cəvahirli, Şıxlar və Güllücə kəndlərindən atəşə tutması idi.

Amma digər keçmiş cəbhə kəndləri kimi Çıraqlı sakinləri də mübarizlik göstərdi, öz yurdlarında məğrur dayanaraq illərlə müharibə şəraitinə dözdülər. Düşmənlə mübarizədə onlara dayaq, sipər olaraq çəkilən bu istinad divarlarına indi ehtiyac olmasa da kənd sakinləri güllə-boranlı günlərdə məhz bu barıların sayəsində müdafiə olunduqlarını unutmur:

 

Hələ ki Çıraqlını vaxtilə ermənilərdən müdafiə edən divarlar sökülməyib, ətrafdakı səngərlər də qalır. 27 il bu ərazilərdə təhlükə altında yaşayan sakinlər indi qalib ölkənin vətəndaşları kimi işıqlı gələcəyin quruculuğundadırlar:

İndi düşmən atəşindən qurtulan Çıraqlı və Çıraqlı sakinləri yeni həyata çıraq tutublar. Hazırda sakinlər üçün yeni evlərin tikildiyi kəndi inşaat işlərinin səs-küyü bürüyüb:

Tezliklə Çıraqlı kəndinin işğaldan azad olunmuş qonşuları Baş Qərvənd, Bayramlar, Cəvahirli, Şıxlar və Güllücə kəndlərində də həyat yenidən canlanacaq. Daha Çıraqlı ilə onları səngərlər ayırmayacaq, bu kəndləri yeni yollar, körpülər birləşdirəcək.

Nə düşünürsən?