İrəvanda növbəti aksiyalar: küçələr bağlanır

  • 25.02.2021
  • 0

Erməni müxalifəti bu gün səhər radələrində İrəvanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiyanı davam etdirib.

Axar.az xəbər verir ki, Vətənin Xilası Hərəkatının tərəfdarları Verin Antarain və Saralanc küçələrinin kəsişməsini bağlayıblar.

Aktivistlər "Nikolsuz Ermənistan! " şüarlarını səsləndirərək küçələri bağlamağa müvəffəq olub.

Analoji aksiyalar paytaxtın digər küçələrində də olub.

Daşnaksütyun Partiyasının üzvü Gerasim Vardanyanın sözlərinə görə, Nikol Paşinyan və onun komandası hakimiyyətdə olduğu müddətdə etiraz aksiyaları davam edəcək.

Nə düşünürsən?