İrəvan sülhə hazır deyil

  • 13.04.2021
  • 0

Ermənilər yeni nəsli Azərbaycan xalqına qarşı, Türk xalqına qarşı düşmənçiliklə bəsləyirlər. Bu isə özlüyündə islamafobiyanı, türkafobiyanı formalaşdırır. Azərbaycan isə öz timsalında heç bir fobiyanın olmadığını, ədaləti, haqqı bərpa etdiyini, beynəlxalq hüququn tələblərini yerinə gətirdiyini, öz ərazi bütövlüyünü bərpa etdiyini göstərib. Bu gün isə ölkəmiz kommunikasiyaların açılmasında maraqlıdır. Və bu nəinki Azərbaycanın və Ermənistanın, o cümlədən regionun inkişafına xidmət edəcək.

Ancaq çox təəssüflər ki, Ermənistanda nə hakimiyyət ierarxiyası, nə də müxalifət buna hazır deyil.

Prezident İlham Əliyev çıxışı zamanı gənclərin milli yaddaşına da müraciət edib və Zəngəzurun, İrəvanın qədim Azərbaycan torpaqları olduğunu bir daha həm onların, həm də bütün dünyanın diqqətinə çatdırıb.

O, 101 il əvvəl Zəngəzurun Ermənistana verildiyini, Göyçə gölünün adının dəyişdirilərək Sevan adlandırıldığını bildirib.

Prezident qədim Azərbaycan torpaqlarına qayıdacağımızı da vurğulayıb: “Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm” - deyə Prezident bildirib:

Qeyd edək ki, Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edib, dünyanın tanınmış beyin mərkəzlərinin ekspertlərinin suallarını cavablandırıb.

Prezident 3 saat ərzində dünyanın diqqətinə regiondakı reallıqları çatdıraraq Ermənistana və beynəlxalq aktorlara mühüm ismarıclar ünbvanlayıb.

Nə düşünürsən?