İranın yük maşınları yenə Qarabağa gedir

  • 08.05.2021
  • 0

Bu gün İrandan yenə qanunsuz şəkildə içərisində şübhəli yüklərin olduğu güman edilən çox sayda yük maşınının Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilməsi ilə bağlı yeni video yayılıb. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb. Videogörüntülərdə Laçın dəhlizi boyunca Xankəndiyə gedən böyük tutumlu yük maşınlarını görmək olar. Xatırladaq ki, bir neçə gün əvvəl “Azad İran” teleqram kanalında İrandan qanunsuz olaraq Qarabağ ərazisinə yük maşınlarının hərəkət etməsi ilə bağlı video yayılmışdı.

Nə düşünürsən?