İranın keçmiş səfiri Xocalı faciəsini andı

  • 25.02.2021
  • 0

İranın keçmiş səfiri Xocalını anıb
Ümid edirik ki, İran Ermənistanı Xocalı soyqırımına görə üzr istəməyə çağiracaq.

Xocalı faciəsinin qurbanlarını anan İranın Kakıdakı keçmiş səfiri Əhəd qəzai xatırladıb ki, bir çox dünya ölkələri bu soyqırımını rəsmi şəkildə taınıyıblar.

O öz ölkəsini də erməni vəhşiliyi ilə bağlı konkret addımlar atmağa çağırıb.

Ümid edirik ki, İran dövləti və İslam Şura Məclisi bu dəhşətli hadisəyə öz təəssüfünü bildirmək, həmçinin Xocalı soyqırımı ilə bağlı həlak olmuş insanların yaxınlarına başsağlığı, günahsız şəhidlərin pak ruhuna fatihə verməklə yanaşı, həm də Ermənistanı üzr istəməyə, Azərbaycanın ərazi bütovlüyünü tanımağa və Qarabağın Azərbaycana məxsus olduğunu etiraf etməyə çağıracaq. Bunu etmədiyi halda isə Ermənistanı bu ölkə ilə əlaqələrini kəsəcəyi ilə təhdid edəcək.

REAL

Nə düşünürsən?