İranda güclü zəlzələ baş verdi: Yüzlərlə ölən var

  • 13.11.2017
  • 0

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb. Oxu.Az-ın məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər verib. Bundan əvvəl 129 nəfərin öldüyü, 1000-dən çox insanın yaralandığı bildirilirdi. İraq ərazisində 6 nəfər təbii fəlakət qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.

Nə düşünürsən?