İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul etdi

  • 10.04.2021
  • 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev səfir Erkan Özorala Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni təqdim edib.