İkinci Əbdülhəmidin nəticəsi vəfat etdi

  • 19.01.2021
  • 0

34-cü Osmanlı sultanı və 113-cü İslam Xəlifəsi İkinci Əbdülhəmidin nəticəsi, Osmanlı İmperator Evinin rəhbəri, şahzadə Dündar Əbdülkərim Osmanoğlu vəfat edib. Yenicag.az xəbər verir ki, 88 yaşlı Osmanoğlu Suriyanın paytaxtı Dəməşq şəhərində müalicə aldığı xəstəxanada bu gecə dünyasını dəyişib. Osmanoğlunun vəfatı ilə bağlı şahzadə Əbdülhəmid Kayıhan Osmanoğlu açıqlamasında bunları deyib: “Əmim Dündar Əfəndinin ciddi sağlamlıq problemləri var idi və Suriyanın Dəməşq şəhərində, müharibə şəraitində yaşayırdı. Türkiyəyə gətirmək üçün ciddi-cəhdlərimizə baxmayaraq buna nail ola bilmədik. Buna görə çox üzgünük. Millətimizin başı sağ olsun”. Şahzadə Dündar Əbdülkərim Osmanoğlunun harada və nə zaman dəfn olunacağı ilə bağlı məlumat verilməyib.

Nə düşünürsən?