İki “Xaç” ordenli, Nobelə ilk namizədimiz: 10 fakt

  • 04.12.2020
  • 0

Bu gün xalq yazıçısı, tanınmış alim, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın (4 dekabr 1950, Bakı) doğum günüdür. Kult.az Kamal Abdulla ilə bağlı 10 maraqlı faktı təqdim edir: 1. Kamal Abdulla yaradıcılığa şeirlə başlayıb, lakin sonradan yazıçı kimi məşhurlaşıb. 2. O, 80-ci illərdə “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin aparıcısı kimi fəaliyyət göstərib. 3. 2000-ci ildə yaradılan Bakı Slavyan Universitetinin ilk rektoru olub. 4. 2009-cu ildə Polşa Prezidenti Lex Kaçinski onu “Böyük Xaç” kavaler ordeni, 2019-cu ildə isə Macarıstan Prezidenti Yanoş Aderin “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif edib. 5. Kamal Abdulla 2012-ci ildə Nobel mükafatına namizəd olub. Nobel Komissiyası ilk dəfə olaraq Azərbaycandan ünvanlanan müraciətə müsbət cavab verib və Kamal Abdullanın quruma təqdim edilən “Yarımçıq əlyazma” romanı namizəd olaraq qeydə alıb. 6. O, 2014-cü ildə dövrünün ən məşhur yazıçılarından hesab edilən Umberto Eko ilə görüşüb. Eko Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını yüksək qiymətləndirib. 7. K.Abdulla “Platon, deyəsən, xəstələnib...” hekayələr kitabına görə Rusiyanın ədəbiyyat üzrə ən yüksək mükafatı “Qızıl Delviq”ə layiq görülüb. 8. Tanınmış yazıçının əsərləri dünyanın 20-dən çox ölkəsində tərcümə edilərək nəşr olunub. 9. 2019-cu ildə keçirilən sorğuda xalq yazıçısı Kamal Abdulla ölkə üzrə “ilin ən yaxşı rektoru” seçilib. 10. Kamal Abdulla böyük ziyalı nəslini təmsil edir: Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi Əli Sultanlı, görkəmli kino və teatr rejissoru, aktyor və pedaqoq Rza Təhmasib, folklorşünas alim Məmmədhüseyn Təhmasib, alim, pedaqoq Cəmilə Təhmasib, bundan başqa, dilçilik və riyaziyyat üzrə mərhum akademiklər Azərbaycanın məşhur dilçi alimi Ağamusa Axundov və tanınmış riyaziyyatçı alim Yəhya Məmmədov da xalq yazıçısı Kamal Abdullanın yaxın qohumudur.

Nə düşünürsən?