İki amil manata təsir edir: devalvasiya ola bilər?

  • 04.05.2021
  • 0

Azərbaycanda devalvasiyaya heç bir əsas yoxdur.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı iqtisadçı deputat Əli Məsimli deyib.

Əli Məsimli bildirib ki, manata təsir edən iki faktor neftin qiyməti və makroiqtisadi göstəricilərdir:

“Hər iki element devalvasiyaya əsas olmadığını ortaya qoyur. Eyni zamanda büdcədə nəzərdə tutulan neftin qiyməti ilə bu gün neftin real qiyməti manat məzənnəsində çox müsbətdir. Başqa sözlə, dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulan qiymətdən 33 faiz bahadır”.

İqtisadçı qeyd edib ki, kommersiya bankları bu günlər dolların satışına məhdudiyyət tətbiq edir:

“Bunu da çirkli pulların yuyulmasının qarşısını almaqla əlaqələndirirlər. Hesab edirəm ki, çirkli pulların yuyulmasını önləmək üçün qanunvericilikdə kifayət qədər tədbirlər var”.

Əli Məsimli söyləyib ki, Mərkəzi Bank kommersiya banklarının bu addımı ilə bağlı tutarlı açıqlama verməlidir.

Nə düşünürsən?